ABŞ 75 ölkənin vətəndaşları üçün viza verilişini dayandırır – Siyahıda Azərbaycan da var
ABŞ 75 ölkənin vətəndaşları üçün vizaların verilməsini dayandırıb.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə Dövlət Departamenti qərar qəbul edib.
Bildirilib ki, sözügedən qərar “müraciət edənlərin daha ciddi yoxlanması” çərçivəsində qəbul olunub və 21 yanvardan qüvvəyə minəcək.
“Dövlət Departamenti miqrantları Amerika xalqından qəbuledilməz miqdarda sosial müavinət alan 75 ölkənin vətəndaşları üçün immiqrasiya vizalarının rəsmiləşdirilməsini dayandıracaq. Dondurma ABŞ yeni immiqrantların Amerika xalqından istifadə etməməsini təmin edənə qədər qüvvədə qalacaq” – Departamentin bəyanatında deyilir.
Qeyd edək ki, miqrant vizasının verilməsi dayandırılan ölkələrin siyahısına Azərbaycan da daxildir.
Həmçinin, Əfqanıstan, Albaniya, Əlcəzair, Antiqua və Barbuda, Ermənistan, Azərbaycan, Baham adaları, Banqladeş, Barbados, Belarus, Beliz, Butan, Bosniya, Braziliya, Birma, Kamboca, Kamerun, Kabo-Verde, Kolumbiya, Kot-d’İvuar, Kuba, Konqo Demokratik Respublikası, Dominikan, Misir, Eritreya, Efiopiya, Fici, Qambiya, Gürcüstan, Qana, Qrenada, Qvatemala, Qvineya, Haiti, İran, İraq, Yamayka, İordaniya, Qazaxıstan, Kosova, Küveyt, Qırğızıstan, Laos, Livan, Liberiya, Liviya, Makedoniya, Moldova, Monqolustan, Monteneqro, Mərakeş, Nepal, Nikaraqua, Nigeriya, Pakistan, Konqo Respublikası, Rusiya, Ruanda, Sent-Kits və Nevis, Sent-Lüsiya, Sent-Vinsent və Qrenadinlər, Seneqal, Syerra-Leone, Somali, Cənubi Sudan, Sudan, Suriya, Tanzaniya, Tailand, Toqo, Tunis, Uqanda, Uruqvay, Özbəkistan və Yəmən də bu siyahıya daxildir.
Arzu Paşaqızı