Qırğız Respublikasının məktəbliləri Azərbaycanda səfərdədir
Qırğız Respublikasının Nizami Gəncəvi adına 103 saylı məktəbinin və Heydər Əliyev adına 20 saylı məktəb-gimnaziyasının şagird-müəllim heyəti təcrübə mübadiləsi çərçivəsində “STEAM Azərbaycan” layihəsi ilə tanış olmaq məqsədilə Azərbaycanda səfərdədir.
Bu barədə ” Turanın səsi “ nə Elm və Təhsil nazirliyinin mətbuat xidmətindən bildirilib .
Səfərin ilk günü nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub.
Daha sonra nümayəndə heyəti Bakı Avropa liseyi və Heydər Əliyev adına Müasir Təhsil Kompleksini ziyarət edib, hər iki müəssisənin rəhbərliyi ilə görüşüb, şagirdlər üçün yaradılan şərait, həmçinin müəssisələrdə fəaliyyət göstərən STEAM mərkəzləri ilə tanış olub, ulu öndərin anım gününə həsr olunmuş sənədli film izləyib.
Səfər ərzində Qırğız Respublikasının nümayəndə heyətinin Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Avropa liseyi və Heydər Əliyev adına Müasir Təhsil Kompleksində STEAM yönümlü təlimlərdə iştirakı, həmçinin Bakı şəhərinin tarixi-memarlıq abidələrinə və qoruqlarına ziyarəti nəzərdə tutulur.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09