Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyanın yekunlarına dair Protokol imzalandı
Bakıda Azərbaycan-İtaliya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib.
“turaninsesi.az ” xəbər verir ki, toplantı çərçivəsində iki ölkə arasında energetika, ticarət, sənaye, investisiya və kiçik və orta biznes sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.
Azərbaycan tərəfdən Komissiyanın həmsədri energetika naziri Pərviz Şahbazov, İtaliya tərəfdən isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellidir.
Tədbirdə Azərbaycan və İtaliya hökumətlərini təmsil edən rəsmi şəxslər, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Sonda Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasının yekunlarına dair Protokol imzalanıb.
Protokolu Azərbaycan tərəfdən komissiyanın həmsədri energetika naziri Pərviz Şahbazov, İtaliya tərəfdən isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli imzalayıblar.
Arzu Paşaqızı