Əli Əsədov imzaladı: Yeni gömrük yığımları tətbiq ediləcək

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edib.

turaninsesi.az ” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra “dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar”ın (dəmir armaturlar) 1 tonu üçün – 150 manat, müxtəlif nomenklatur kodlar altında təsnif olunmuş şüşə listlərin 1 tonu üçün isə 100 manat gömrük yığımları tətbiq ediləcək.

Qərar yanvarın 2-dən tətbiq edilir və bu il iyunun 30-na qədər qüvvədədir.

Arzu Paşaqızı