DİN-in mətbuat xidmətinin məlumatı

0

Dekabrın 12-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
– Axtarışda olduğuna görə ümumilikdə 78, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, .nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.


Yol-nəqliyyat hadisəsi

Dekabrın 12-də saat 18 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini A.Ağaquliyev idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən qəsəbə sakini U.Bağırovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.


Oğurluq

Dekabrın 6-na keçən gecə Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki evlərin birindən 15.000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Elçin Babayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.


Oğurluq

Binəqədi rayonunun Mehdiabad qəsəbəsində bir nəfərin içərisində 1070 manatı və sənədləri olan cüzdanının, Binəqədi qəsəbəsində isə digər şəxsin içərisində 1000 manatı, sənəd və bank kartı olan cüzdanının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumatlar daxil olub.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Rüfət Əliyev və Abşeron rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rəşid Ağayev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.


Oğurluq

Dekabrın 12-də saat 2 radələrində Biləsuvar rayonunun Günəşli kəndindəki mağazaların birindən oğurluğa cəhd göstərilməsi barədə polisə məlumat daxil olub.
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən rayon sakini İ.Şəbizadə, Quba rayon sakinləri V.Ağabalayev və R.Mirzəyev saxlanılıblar.
Araşdırmalarla onların dekabrın 7-də Quba rayonunun Vladimirovka kəndində iki mağazadan ümimilikdə 840 manat pul və 1352 manat dəyərində tütün məmulatı oğurlamaları da müəyyən olunub.
Araşdırma aparılır.


Salyan rayonunun Həsənli kənd sakini olan bir nəfərin öldürülməklə hədələnməsi barədə polisə məlumat daxil olub.
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən rayon sakini Məzahir Bədəlov müəyyən olunaraq saxlanılıb. Ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.


Xuliqanlıq

Dekabrın 12-də saat 16 radələrində İmişli şəhərində yaşayan M.Hümbətovun evinin darvazasına tüfəngdən atəş açılması barədə polisə məlumat daxil olub.
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhər sakini Bəhlul Qədirovun münaqişə zəminində tüfəngdən darvazaya bir dəfə atəş açması müəyyən olunub.
Görülmüş tədbirlərlə B.Qədirov saxlanılıb, ondan “İJ-18” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci maddəsi (Xuliqanlıq) ilə cinayət işi başlanılıb.

Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir