Türkiyəni silkələyən iddia – Hakan Fidan…

Türkiyənin xarici işlər naziri Hakan Fidanın tez bir zamanda vəzifəsindən uzaqlaşdırılacağı iddia olunur.

turaninsesi.az ” xəbər verir ki, bunu müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan keçmiş deputat, məşhur jurnalist Mustafa Balbay bildirib.

Onun sözlərinə görə, yaxın zamanlarda Türkiyə hökumətinin tərkibində dəyişikliklər olunacaq. Jurnalist deyib ki, artıq ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı qərar qəbul edib.

“Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın xarici işlər naziri təyin olunacaq”, – M.Balbay söyləyib.

Qeyd edək ki, H.Fidan xarici işlər naziri vəzifəsinə MİT rəhbərliyindən gətirilib. O, 2023-cü il iyun ayından XİN başçısıdır.