Rusiya Qara dənizdə Türkiyə gəmisinə hücum etdi

Dekabrın 13-də Rusiya Silahlı Qüvvələri Ukraynadan Misirə gedən Türkiyəyə məxsus mülki gəmiyə hücum edib.

turaninsesi.az ” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri bildirib.

Məlumata görə, zərbə dron vasitəsilə həyata keçirilib.

“Rusiya göyərtəsində günəbaxan yağı olan və Misirə gedən Türkiyənin “VIVA” gəmisinə qarşı PUA-dan istifadə edərək hədəfə yönəlmiş zərbə endirib. Gəmi taxıl dəhlizindən keçib və göyərtəsində 11 Türkiyə vətəndaşı olub”, – Ukrayna Hərbi Dəniz Qüvvələri bildirib.

Ekipaja zərər dəyməyib və gəmi Misirdəki təyinat yerinə hərəkətini davam etdirir.

Hərbi Dəniz Qüvvələri zərbənin açıq dənizdə, Ukraynanın eksklüziv iqtisadi zonasında, Ukrayna hava hücumundan müdafiə sistemlərinin əhatə dairəsindən kənarda baş verdiyini dəqiqləşdirib.

Arzu Paşaqızı