Azərbaycan və Slovakiya prezidentləri Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət etdilər – Fotolar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini dekabrın 8-də Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər.
“turaninsesi.az “ xəbər verir ki, əvvəlcə Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirildi.
Prezident İlham Əliyev və Prezident Peter Pelleqrini abidənin önünə əklil qoydular.
Qeyd edək ki, bu abidə 1948-1989-cu illərdə keçmiş Çexoslovakiyadan qaçmağa çalışan zaman həlak olanların xatirəsinə həsr edilib.



Arzu Paşaqızı