Milli Məclisdə Azərbaycan dilinə həsr olunmuş konfrans keçirilib

Dekabrın 8-də Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: mövcud vəziyyət və perspektivlər” adlı konfrans keçirilib. Konfransda hökumət üzvləri və nümayəndələri, dilçi alimlər, ədəbiyyat xadimləri, media sahəsində fəaliyyət göstərən qurumların rəhbərləri, Milli Məclisin deputatları, Parlament Aparatının məsul şəxsləri və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan Milli Məclisin sədri Sahibə Qafarova tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr edilən tədbirdə çıxış edərək milli inkişafın mühüm istiqamətləri ilə yanaşı, Azərbaycan dilinin qorunması məsələlərinə xüsusi diqqət yetirdi. AMEA-da səsləndirilmiş həmin fikirlər elmi ictimaiyyətin üzərinə yeni vəzifələr qoyur və dil siyasətinin inkişafında alimlərin bilik və təcrübəsi xüsusi əhəmiyyət daşıyır.

Arzu Paşaqızı