Tramp Paşinyana məktub göndərdi

Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyana təşəkkür məktubu göndərib.

turaninsesi.az” armenpress-ə istinadla xəbər verir ki, ABŞ Prezidentinin məktubda deyilir:

“Hörmətli cənab Baş nazir, Azərbaycan Prezidenti Əliyevlə mənim Nobel Sülh Mükafatına namizədliyimi irəli sürdüyünüzlə birgə məktubunuza görə təşəkkür edirəm. Buna görə dərin minnətdarlığımı bildirirəm və bu, bizi mühüm missiyamızı davam etdirməyə ruhlandırır.

Mən ABŞ Prezidenti kimi dünyada münaqişələrə son qoymağa, sülh və rifahın təmin edilməsinə sadiq qalıram. Davamlı tərəfdaşlığınız sayəsində qeyri-mümkün olan sülh və firavanlığa nail olacağıq. Davamlı dəstəyiniz üçün bir daha sizə minnətdram”.

Arzu Paşaqızı