KTMT sənədində Bakı və İrəvan arasında sülh sazişi mövzusu əks olundu
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə KTMT Təhlükəsizlik Şurasının Bişkekdə keçirilən sammitinin yekunu üzrə qəbul edilmiş bəyannamədə deyilir:
“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında fəal dövlətlərarası dialoqu məmnunluqla qeyd edirik. Tərəflər arasında hərtərəfli nizamlanmanın və qeyd-şərtsiz sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıyıq”.
Arzu Paşaqızı