Ermənistanla ikitərəfli əməkdaşlıq imkanları müzakirə edildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

turaninsesi.az ” CNN Türk-ə istinadla xəbər verir ki, digər məsələlərlə yanaşı, Azərbaycan və Ermənistan arasında sülh prosesində son vaxtlar müsbət irəliləyişlər fonunda ikitərəfli və regional əməkdaşlıq imkanları da müzakirə edilib.

Türkiyənin Cənubi Qafqazda sülhün, sabitliyin bərqərar olması və inkişafın təmin edilməsinə sadiqliyi bir daha təsdiqlənib.

Arzu Paşaqızı