Ceyhun Bayramov Roma Papası ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi səfəri zamanı Papa XIV Leo ilə görüşüb.

turaninsesi.az ” xəbər verir ki, bu barədə XİN rəhbəri “X” hesabında məlumat verib.

“Azərbaycan və Müqəddəs Taxt-tac arasında dinlərarası dialoqun və multikulturalizmin təşviqi üçün vacib olan güclü münasibətlər mövcuddur. İki ölkə arasındakı münasibətlər müxtəlif dinlər arasında dialoq üçün bir model rolunu oynayır və bu, Azərbaycanın dövlət siyasətinin təməl daşıdır”, – deyə nazir qeyd edib.

Arzu Paşaqızı