Gəncədəki qətlin təfərrüatı : “Dedi ki, tapançam var, gəlib sizi öldürəcəm”

0

Gəncədə 1 nəfərin ölümü, 2 nəfərin bıçaqlanması ilə nəticələnən insidentin bəzi təfərrüatları məlum olub.

Turanın səsi”  xəbər verir ki, qətli törətməkdə şübhəli bilinən Kamal Bayramov öldürülən Əli Bayramovla qohum olub.
 

MÖVZU İLƏ BAĞLI:

DİN-dən Gəncədəki ölümlə nəticələnən kütləvi dava ilə bağlı AÇIQLAMA


O, hətta bir müddət Əlinin evində qalıb. Tərəflər arasında münaqişə isə borc pul üstündə olub.

Belə ki, Ə.Bayramov ailədən olan bir nəfərdən ilk dəfə 5 min, ikinci dəfə isə 2700 manat alıb, amma pulları geri qaytarmayıb. Mübahisə də bu səbəbdən yaranıb.

Kamal Bayramovun anası Ofelya Bayramova “Qafqazinfo”ya hadisə barədə danışıb:

“Dünən bu vaxtı Əlinin qaynanasına zəng etdim ki, bizim pulumuzu alıb qaytarsın. Telefonu qadının əlindən alaraq dedi ki, tapançam var, gəlib sizi öldürəcəm. Sonra isə hazırda yaralı olan oğluma dedi ki, filan yerə gəl. Mən qoymadım və qapını bağladım, sonra da işə getdim. Qayıdan zaman eşitdim ki, bu hadisə baş verib”.
 

Məlumat üçün bildirək ki, qətli törədən K.Bayramov tarix müəllimi, qətlə yetirilən Ə.Bayramov isə Daşkəsən rayonunda İngilis dili müəllimi işləyib. Hadisə zamanı digər bıçaqlanan Niyazi Bayramov isə Kamalın qardaşıdır.


Yeri gəlmişkən, ötən gün Gəncə şəhərində baş verən kütləvi davada bıçaqlananlardan biri – 1994-cü il təvəllüdlü Niyazi Bayramov dünyasını dəyişib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir