Bakıda çoxmərtəbəli bina yanır – Bu dəfə Mirəli Qaşqay küçəsində

Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada mənzildə yanğın olub. 

Bu barədə “turaninsesi ”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

Arzu Paşaqızı