DİN Bakıdakı partlayışla bağlı məlumat yaydı

Bakının Nərimanov rayonu ərazisində yerləşən ofislərin birində baş vermiş partlayışla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “turaninsesi.az ”a bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək zəruri təhlükəsizlik tədbirləri görülür.

Arzu Paşaqızı