“Bizə “dost” deyənlərdən kömək görmədik” – Pezeşkian

“12 günlük müharibə zamanı bizim guya dost olduğumuz bəzi ölkələr kömək etməli olduğu halda kömək etmədi”.

turaninsesi.az ” entekhab-a istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

O əlavə edib: “Allahdan və öz xalqımızdan başqa heç kimə ümidim yox idi. Onlar kömək etmək istəsələr də, istəməsələr də, biz bu böhrandan çıxmalıyıq və çıxacağıq.”

Pezeşkian vurğulayıb: “Ümid Allaha və öz gücünə güvənən insanlar xaricə ümid bağlamırlar. Kimlər gələcək, kimlər kömək edəcək və ya dəstək olacaq, mıəgər biz onlardan aşağıyıq?!”

Arzu Paşaqızı