Tramp Ukraynaya dair yeni planı təsdiqlədi
Bu həftənin əvvəlində ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün yeni sülh planını təsdiqləyib.
“turaninsesi.az ” NBC News-a istinadla xəbər verir ki, 28 bənddən ibarət planın hazırlanmasında ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, ABŞ vitse-prezidenti Vens, dövlət katibi Marko Rubio və ABŞ prezidentinin kürəkəni Cared Kuşner iştirak edib.
ABŞ administrasiyasının yüksək səviyyəli rəsmiləri Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev, eləcə də Ukrayna rəsmiləri ilə məsləhətləşmələr aparıblar.
Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi planın məzmunu ilə bağlı əlavə şərh verməkdən imtina edib. Avropa rəsmisi isə bildirib ki, Kiyev sülh planının hazırlanmasında iştirak etmir və Ukrayna yalnız onun ümumi konturları ilə bağlı məlumatlandırılıb.
Arzu Paşaqızı