İlham Əliyevin Özbəkistana səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına səfəri noyabrın 16-da başa çatıb.
“turaninsesi.az ” xəbər verir ki, Daşkənd Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısını Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yola saldı.