Rusiyada Su-30 qırıcı təyyarəsi qəzaya uğradı, ölənlər var

Rusiyada Su-30 qırıcı təyyarəsi qəzaya uğrayıb.

turaninsesi.az “məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.

“Bu gün, Moskva vaxtı ilə təxminən saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) Kareliya Respublikasında Su-30 təyyarəsi planlaşdırılmış təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb”, – Müdafiə Nazirliyi bildirib.

Nazirlik əlavə edib ki, heyət üzvləri həlak olub.

Qeyd edilib ki, təyyarə yaşayış olmayan əraziyə düşüb və sursat olmadan uçurmuş.