Dövlət Sərhəd Xidmətinin əsgəri silahdan açılan atəş nəticəsində dünyasını dəyişib

0

Dekabr ayının 10-da saat 16:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Diviziyasında silahla davranış qaydalarının pozulması nəticəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2003-cü il təvəllüdlü əsgər Əliyev Məhəmməd Məhərrəm oğlu aldığı güllə yarasından vəfat edib.

Bu barədə “Turanın səsi” nə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Baş vermiş hadisənin araşdırılması məqsədilə Dövlət Sərhəd Xidməti rəisinin göstərişi ilə Sərhəd Qoşunlarının komandanı hadisə yerinə ezam olunub.

Faktla bağlı prokurorluq orqanları ilə birgə araşdırma işləri aparılır.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat etmiş hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir