Bolqarıstan şəhərlərində temperatur rekordu qeydə alınıb
Bolqarıstanın 5 şəhərində temperatur rekordu qeydə alınıb.
“Turanın səsi” xəbər verir ki, Bolqarıstan Milli Radiosunun məlumatına görə,
Razqrad şəhərində hava 1950-ci ilin rekord göstəricisindən 1,3 dərəcə selsi yüksək olmaqla 20,1 dərəcə selsi səviyyəsinə qədər istiləşib.
Burqasda isə temperratur 20 dərəcə selsi olub. Bu şəhərdə 1944-cü ildə rekord göstərici 18,4 dərəcə selsi imiş. Yeni temperatur rekordları Varnada – 19,6 dərəcə selsi , Şumendə – 19,5 dərəcə selsi və Dobriçdə – 17,8 dərəcə qeydə alınıb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09