Pakistan hərbçiləri Bakıda paradda – İLK DƏFƏ

Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda Pakistan hərbçiləri də iştirak edirlər.

turaninsesi.az xəbər verir ki, Pakistan Silahlı Qüvvələrinin parad heyəti mayor Saqib Alanın başçılığı ilə tribuna önünüdən keçib.

Azadlıq meydanında keçirilən paradda Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iştirak edirlər.