Deputat : Zəfərlərin Bol Olması Arzusu İlə , Xalqımızı “ZƏFƏR” Paradının Bir İlliyi Münasibətilə Təbrik Edirəm

0

Müstəqil Azərbaycanın ən şərəfli tarixi günlərindən biri, hər birimizin yaddaşlarında əbədi həkk olunmuş ZƏFƏR PARADINDAN bir il ötür. 44 günlük Vətən müharibəsi, Ermənistan ordusunun darmadağın olunması, Qafqaz regionunda yeni reallıqların yaranması və 30 illik işğala son qoyulması ilə nəticələndi.

Turanın səsi” xəbər verir ki , bu fikirləri Milli Məsclisin deputatı Nəsib Məhəməliyev öz facebook səhifəsində paylaşaraq bildirmişdir.

Dekabr ayının 10-da keçirilən ZƏFƏR PARADI isə, böyük qələbəni rəsmiləşdirməklə, öz möhürünü vurdu.
Zəfər paradlarının keçirilməsi ənənəsi qədim Roma imperiyasından başlanır. Dünya hərb tarixinə qızıl hərflərlə yazılmış müharibələrdə, döyüş meydanlarında əldə etdikləri qələbələrə görə, müxtəlif sərkərdələrin şərəfinə Zəfər paradları keçirilir, Zəfər tağları inşa olunurdu. Bununla da həmin ölkənin, ordunun, onun baş komandanının gücü, qüdrəti dünyaya nümayiş olunurdu.

Təsadüfi deyil ki, aradan minilliklər, yüzilliklər ötməsinə baxmayaraq, bu gün də həmin müharibələr, qələbələr xatırlanır. Onların müəllifləri, sərkərdələri isə, tarixi şəxsiyyət olaraq böyük hörmətlə yad olunur.
Müstəqillik illərində ölkəmizdə bir neçə hərbi parad keçirilmişdir. Həmin paradların hər biri keyfiyyət və kəmiyyət baxımından bir-birindən fərqlənirdi.

İqtisadiyyatımız gücləndikcə, Silahlı Qüvvələrə ayrılan maliyyə vəsaiti ilbə-il artırılır, fərqli ölkələrdən ən müasir silahlar, texnika alınır, ordunun döyüş qabiliyyəti artırılırdı. Nəticə olaraq, 21-ci əsrin ordusu yaradıldı və cəmi 44 gün ərzində, 30 ildə qurulmuş müdafiə sistemlərini, ,,məğlubedilməz intelektual,, ordu mifini darmadağın etdi. Dünya erməniliyinə və havadarlarına sağalmaz yara vuruldu.
ZƏFƏR PARADININ tarixi-siyasi əhəmiyyəti olduqca böyükdür.


Xüsusi olaraq, qeyd etmək istərdim ki, Böyük Qələbənin əsas müəllifi, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevlə yanaşı, bütün proseslərdə ölkəmizin yanında olan, qardaş Türkiyə dövlətinin Prezidenti, hörmətli Rəcəb Tayyib Ərdoğanın iştirakı tarixi hadisə oldu. 3000 nəfərlik hərbçimizlə birlikdə, Türk Silahlı Qüvvələrinin nümayəndələrinin, keçid törənində iştirak etməsi, eyni millətin, eyni ordu olmasının göstəricisi idi.
Paradda Silahlı Qüvvələrimizə məxsus yeni alınmış silahların, döyüş texnikasının nümayişi isə, müharibədən yeni çıxmasına baxmayaraq, Ordunun tez bir zamanda bərpası, istənilən tapşırıqları icra etmək qabiliyyətində olduğu anlamına gəlir.


Erməni ordusunun atıb qaçdığı, və yaxud qəhrəman əsgərlərimiz tərəfindən məhv edilmiş silahların, texnikanın bir hissəsinin Paradda nümayiş etdirilməsi, hər kəsi cuşa gətirdi. 30 il ərzində beynəlxalq hüququn norma və prinsiplərini ayaqlayan, Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirən, ümumbəşəri dəyərlərdən, insanlıqdan uzaq bir bir saxta toplumun faşist düşüncələrinin məhvi idi. Əsil həqiqəti bilərək, onlara himayədarlıq edən şər qüvvələrə cavab idi.


ZƏFƏR PARADININ keçirilməsi imkanının əldə olunması, saylı dövlətlərə, millətlərə, seçilmiş Sərkərdələrə nəsib olur. Bu baxımdan, Azərbaycan xalqı, Qəhrəman Azərbaycan Əsgəri, Müzəffər Ali Baş Komandan İlham Əliyev dünya hərb tarixində qızıl hərflərlə qeyd olundu. Düşünürəm ki, hər bir xalq üçün bundan böyük xoşbəxtlik ola bilməz.
ZƏFƏRLƏRİN bol olması arzusu, ilə xalqımızı ZƏFƏR PARADININ bir illiyi münasibətilə təbrik edirəm.
Allah Şəhidlərimizə rəhmət eləsin!!!

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir