DİN-in mətbuat xidmətindən bildirilib

0

Dekabrın 9-da Saat 20 radələrində Lerik rayonu Vamazqon kəndində Masallı rayon sakini 1975-ci il təvəllüdlü Ədalət Şiriyevin ov tüfəngindən açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.

İlkin məlumata görə hadisə Lerik rayon sakini 1977-ci il təvəllüdlü Əmir Litfiyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verdiyi bildirilir.

Bu barədəTuranın səsinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Hadisə yerinə polis və prokurorluğun əməliyyat-axtarış, əməliyyat-istintaq qrupu cəlb edilib. Araşdırma aparılır.


Dekabrın 9-da ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 29 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
– Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Dekabrın 9-da saat 18 radələrində Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Mirzəliyev idarə etdiyi “VAZ-2109” markalı avtomobillə yolu keçən paytaxt sakini Ş.Qasımovanı vurub. Nəticədə xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Dekabrın 9-da saat 19 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Şərur rayon sakini M.Tağıyev idarə etdiyi “Otokar” markalı 85 saylı sərnişin avtobusu ilə qəsəbə sakini Ə.Kubarovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.


Oğurluq

Metro stansiyasında Hacıqabul rayon sakini olan bir qadın sərnişinin çantasından içərisində pulu olan cüzdanının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Samir Nəcəfov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.


Oğurluq və dələduzluq

Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləcəri qəsəbə sakinləri olan iki nəfərin ayrı-ayrı vaxtlarda bank hesablarından pullarını oğurlamaqda, Bakı və Şamaxı sakinləri olan daha iki nəfəri isə aldadaraq 620 manat pullarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Salyan rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Fizuli Nəcəfov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.


Sanitariya-gigiyena qaydalarının pozulması

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə dekabrın 7-də keçirdikləri növbəti tədbir zamanı Qaradağ rayonunun Lökbatan qəsəbəsi Mədən küçəsində atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacalarına təmizləyici qurğuların quraşdırılmaması, həmçinin istehsalat və məişət tullantılarının qalaqlanması aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 237.1-ci (müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozduğuna görə hüquqi şəxs Ə.Mehtiyev barəsində protokol tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir