“Sepah” generalı: “Rusiya İran raketlərinə ehtiyaclıdır”

“Bizim raket və dron texnologiyamız Rusiyanı qabaqlayır”.

turaninsesi.az” xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı Əziz Cəfəri deyib.

“Biz heç bir şəkildə hərbi imkanlarımızda ruslara güvənməmişik. O zaman, inqilabın ilk onilliyində liviyalılar və Şimali Koreya bizə kömək etdi. Onlardan bəzi şeylər haqqında texnoloji məlumat istədik və ya onların raketlərini yenidən dizayn etməyə icazə aldıq”, – deyə “Sepah” generalı vurğulayıb. 

O əlavə edib: “Ruslar o zaman kömək etmədilər, əksinə indi onlara raketlərimiz və dronlarımız lazımdır. Onların raketlərində dəqiqlik ehtimalı azdır”.

Arzu Paşaqızı