Prezident yeni rəis təyin etdi
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni rəis təyin edilib.
“turaninsesi.az ” xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Sərdar Süleyman oğlu Səfərov gətirilib.
Dövlət başçısının digər sərəncamı ilə Sərdar Səfərova general-mayor ali hərbi rütbəsi verilib.
Prezidentin bundan əvvəl imzaladığı sərəncama əsasən, İlqar Rza oğlu Abbasov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə rəisi vəzifədən azad edilib.