WP: “İran Rusiyaya minlərlə dron verməyə razılaşıb”
İran Rusiyaya 6 000-dək dron verməyə razılaşıb.
“Turanın səsi ” xəbər verir ki, bu barədə “The Washington Post” öz mənbələrinə istinadən qəzeti yazıb.
Məlumata görə, NATO və ABŞ-ın digər müttəfiqlərinin təhlükəsizlik rəsmiləri bildiriblər ki, keçən ay əlavə dron satışı Rusiya və İran hərbi və diplomatik rəsmiləri arasında azı iki görüşdə müzakirə olunub. Danışıqların təfərrüatları barədə məlumat verən yüksəkrütbəli hərbi məmurlardan biri İranın Ukraynanın mülki infrastrukturuna hücumlarda Rusiyanın yaydan bəri istifadə etdiyi, əksəriyyəti “Şahid” modellərindən ibarət 6 000-ə qədər dron tədarük etməyə razılaşdığını açıqlayıb.
Qeyd olunub ki, hərbi qurumun nümayəndəsi kəşfiyyat məlumatlarının toplanması səylərinin həssas xarakterini əsas gətirərək onun kimliyi və milliyyətinin açıqlanmaması şərti ilə məsələni müzakirə etməyə razılaşıb. NATO üzvü olan dövlətin ikinci rəsmisi İranın “minlərlə” pilotsuz uçuş aparatı tədarük etməyə razılaşdığını təsdiqləyib.
Hər iki rəsmi İran ballistik raketlərinin də Rusiya tərəfindən alındığını təsdiqləyib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09