Azərbaycana getməyə hazıram – Simonyan

İstisna etmirəm ki, hansısa beynəlxalq formatlar çərçivəsində… onların prezidenti (Azərbaycanın – red.) Ermənistana gəlsin, ölkəmizin rəhbəri onların yanına getsin, mən də (Azərbaycana – red.) getməyə hazıram.

turaninsesi.az” armenian news-a istinadla xəbər verir ki, bunu oktyabrın 22-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Amma buna qədər müzakirə edilməli olan məsələlər var”, – deyə o vurğulayıb. 

Simonyan bildirib ki, Azərbaycan parlamentinin sədri ilə görüşündə ab-hava bir çox beynəlxalq həmkarları ilə müqayisədə daha yaxşıdır.

O, əlavə edib ki, Azərbaycan parlament sədrinin sülhə sadiqliyini görüb.

“İkimiz də münaqişənin birdəfəlik bitməsini istəyirik. Onlar da gələcək üçün bütün sənədləşmə işlərini əldə etmək istəyirlər. Ermənistan Konstitusiyası ilə bağlı heç bir problem yoxdur. Eyni zamanda, Azərbaycan 10-20 ildən sonra heç bir üçüncü qüvvənin, hətta xarici qüvvənin də iki keçmiş sovet respublikasını bir-birinə qarşı qoymağa cəhd etməməsini istəyir. Mənim niyyətim də eynidir”, – Simonyan qeyd edib.

Arzu Paşaqızı