Astanada İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirildi

Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
“Akorda” Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Kasım-Jomart Tokayevə təqdim edilib.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səsləndirilib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Dövlət başçıları birgə foto çəkdiriblər.
