Rusiyanın daha 30 diplomatı ABŞ-ı tərk edəcək
Rusiyanın daha 30 diplomatı ABŞ-ı tərk edəcək.
“Turanın səsi” xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakl səfiri Anatoli Antonov “Rossiya-24” telekanalının efirində deyib.
Onun sözlərinə görə, Rusiya xarici nümayəndəliklərinin əməkdaşları viza məhdudiyyətləri səbəbindən geri qayıdacaq.
“ABŞ Rusiyanın ölkədəki diplomatik mövcudluğunu azaltmaq siyasətini davam etdirir. 2023-cü il yanvarın 1-də Dövlət Departamentinin viza məhdudiyyətlərinə görə ABŞ-ı tərk etmək məcburiyyətində qalan daha 30 nəfər bizi tərk edir”, – səfir bildirib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09