Ramiz Mehdiyev TŞ üzvlüyündən çıxarılacaq – Mədət Quliyev

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının (TŞ) üzvlüyündən çıxarılacaq.

turaninsesi.az” xəbər verir ki, bunu TŞ katibinin müavini, general-polkovnik Mədət Quliyev bildirib:

Onun sözlərinə görə, hər şey qanun çərçivəsində öz həllini tapacaq: 

“Bir nəfər vaxtilə Şuranın üzvü olub, o da təbii ki, qanunla çıxarılacaq. Ölkəmiz hazırda dünya miqyasında, Cənab Prezidentin sayəsində ən önəmli yerini tutub. Azərbaycan hüquqi və dünyəvi dövlətdir. Hər bir şəxsə qanunun gücü tətbiq olunub və olunacaq. Buna hər kəs əmin ola bilər. O bir sıra təşkilatların, YAP-ın da üzvüdür. Zamanla və qanunun aliliyi çərçivəsində hər şey həllini tapacaq”.

Arzu Paşaqızı