Putin: İsrail bizim vasitəmizlə Tehrana siqnal göndərib

Rusiya İsraildən İrana вфшк siqnallar alır.
“turaninsesi.az” vesti.ru-ya istinadla xəbər verir ki,bunu Rusiya prezidenti Vladimir Putin Rusiya-Mərkəzi Asiya Sammitinin iclasında bəyan edib.
O vurğulayıb ki, Moskva İsraillə etibarlı əlaqələri davam etdirir:
“İsrail rəhbərliyindən siqnallar alırıq. Onlar bizdən iranlı dostlarımıza İsrailin gələcək nizamlanmaya sadiq olduğunu və heç bir qarşıdurmada maraqlı olmadığını çatdırmağı xahiş edir”.
Xatırladaq ki, oktyabrın 6-da İsrail baş naziri Benyamin Netanyahu ilə Vladimir Putin arasında telefon söhbəti olub.