Putin-Əliyev görüşü bitdi

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında Düşənbədə keçirilən görüş başa çatıb.
“turaninsesi.az” xəbər verir ki, görüş zamanı Rusiya lideri digər məsələlərlə yanaşı, həmkarına “Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsinin qəzaya uğramasının səbəbləri barədə də məlumat paylaşıb.
Prezident Əliyev də öz növbəsində Putinə verilən məlumata və AZAL təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasına şəxsən nəzarət etdiyinə görə təşəkkür edib.
Arzu Paşaqızı