Putin: Diqqətiniz sayəsində humanitar əlaqələr yüksək səviyyədədir

Azərbaycan təyyarəsinin vurulması ilə bağlı faciəyə baxmayaraq, Moskva ilə Bakı arasında ticarət-iqtisadi əlaqələr uğurla inkişaf edir.
“turaninsesi.az” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Tacikistanda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
O qeyd edib: “Maraqlarımız, qarşılıqlı maraqlarımız bir çox sahələrdə üst-üstə düşür və çox yaxındır. Bu, hər şeydən əvvəl ticarət-iqtisadi əlaqələrə aiddir. Bayaq qeyd etdiyim bu faciə ilə bağlı bütün nüanslara və bununla bağlı yaranmış müəyyən məsələlərə baxmayaraq, ticari-iqtisadi əlaqələr uğurla inkişaf edir”.
Putinin sözlərinə görə, bu il ticarət dövriyyəsi artıq 16% artıb:
“Bu, çox yaxşı göstəricidir. Məsələyə diqqətiniz sayəsində humanitar əlaqələrimiz həmişə yüksək səviyyədə olub”.
O vurğulayıb ki, Rusiya öz növbəsində “bu sürətin saxlanması üçün hər şeyi edəcək”.
Rusiya Prezidenti Azərbaycanla əməkdaşlığın müttəfiqlik ruhunda “nəinki bərpa ediləcəyinə, əksinə davam edəcəyinə” ümid etdiyini bildirib.
Arzu Paşaqızı