Yaponiyada güclü zəlzələ oldu

Yaponiyanın Honsyu adası adlanan ərazidə 6 bal gücündə zəlzələ olub..

turaninsesi.az” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerin 47 km dərinliyində baş verib. 

Hadisədən sonra hər hansı dağıntı, tələfat və ya sunami təhlükəsi ilə bağlı məlumat verilməyib.