Ərdoğan imzaladı, İrana qarşı sanksiyalar qüvvəyə mindi

İrana qarşı beynəlxalq sanksiyaların bərpasından sonra Türkiyədə İranın bir sıra qurum və fiziki şəxslərinin əmlakı dondurulub.

turaninsesi.az” turkiye today-a istinadla xəbər verir ki, İranın Atom Enerjisi Təşkilatı, “Bank Sepah” və s. daxil olmaqla, bir neçə digər bank və uranın çevrilməsi və nüvə yanacağı istehsalı ilə məşğul olan şirkət “qara siyahı”ya salınıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan buna dair fərman imzalayıb və onun mətni “Resmi gazete”də dərc olunub. 

Arzu Paşaqızı