XİN rəhbərləri Düşənbədə toplaşacaq

Oktyabrın 9-da Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının keçiriləcək.
“turaninsesi.az” xəbər verir ki, XİN rəhbərləri təşkilatın builki fəaliyyətini yekunlaşdıracaq və gələcək üçün birgə işin əsas istiqamətlərini müəyyənləşdirəcəklər.
İclasda cari regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi də planlaşdırılır. Gözlənilir ki, görüşün yekunları üzrə birgə bəyanatda bir sıra layihələr təsdiqlənəcək.
Həmçinin xarici siyasət koordinasiyasının gücləndirilməsi, mədəni, humanitar və hüquq-mühafizə sahələrində əməkdaşlığın dərinləşdirilməsi, MDB-nin hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində qərarların qəbulu gözlənilir.
Nazirlər 2026-cı il üçün MDB çərçivəsində çoxsəviyyəli XİN-lərarası məsləhətləşmələr planını təsdiq edəcəklər.
Arzu Paşaqızı