Putin G20-də iştirak edəcək

Rusiya prezidenti Vladimir Putin G20 sammitində hansısa formada iştirak edəcək.
“turaninsesi.az” xəbər verir ki, bu barədə onun mətbuat katibi Dmitri Peskov danışıb.
O deyib: “Bu və ya digər şəkildə o, G20-də iştirak edəcək. “İstənilən halda, Rusiyanın iştirakı lazımi səviyyədə və mümkün qədər aktiv olacaq”.
Peskov əlavə edib ki, Rusiya G20-nin işinin bütün aspektlərində fəal iştirak edir.
Sammit noyabrın 22-23-də Yohannesburqda keçiriləcək.
Arzu Paşaqızı