“Qırmızı Körpü”də 46 mindən çox dərman vasitəsi müsadirə olundu
Tovuzda gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkarlanıb.
“turaninsesi.az” xəbər verir ki, “Qırmızı Körpü” gömrük postunda Türkiyədən Türkmənistana yük aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində gömrük nəzarətindən gizlədilmiş qutularda müxtəlif adda 46 624 ədəd dərman vasitəsi və həmin dərman vasitələrinə aid boş qutular aşkar edilib.
Arzu Paşaqızı