Stefan Düjarrik: “BMT İranda edamları dərhal dayandırmağa çağırır”
“BMT İranda edamları dərhal dayandırmağa çağırır”.
“Turanın səsi” in yerli bürosu xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ölüm cəzası yaşamaq hüququna ziddir: “Biz ölüm hökmünün tətbiqinə qəti şəkildə qarşıyıq. BMT-nin İnsan Hüquqları üzrə Komitəsindəki həmkarlarımıza qoşularaq, bu edamları dərhal dayandırmağa çağırırıq”.
Qeyd edək ki, İranda keçirilən etiraz aksiyalarında iştirak edən Möhsün Şekari barəsində məhkəmənin çıxardığı edam hökmü dekabrın 8-də səhər saatlarında icra olunub.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09