İlham Əliyev italiyalı həmkarını qarşıladı – YENİLƏNİB

Azərbaycan Respublikasına rəsmi səfərə gələn İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi keçirilir.

turaninsesi.az” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella sentyabrın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.