Prezident daxili işlər nazirinin müavinini təltif edib
Oruc İbrahim oğlu Zalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
“Turanın səsi” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, o, Azərbaycanın daxili işlər orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, dekabrın 7-də 70 yaşı tamam olmuş Oruc Zalov daxili işlər nazirinin müavini vəzifəsində çalışır. O, polis general-leytenantıdır.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09