Türkiyə səfiri Azərbaycan Mətbuat Şurasında olub
Bu gün Türkiyənin Azərbaycandakı Səfiri Cahit Bağçı Azərbaycan Mətbuat Şurasında olub.
“Turanın səsi” in xəbərinə görə Qonağı salamlayan MŞ sədri Rəşad Məcid bildirib ki, Azərbaycan jurnalistlərinin 24 sentyabr 2022-ci ildə keçirilmiş VIII qurultayında Mətbuat Şurasının yeni İdarə Heyəti seçilib və bu heyət kifayət qədər çoxşaxəli fəaliyyətə üstünlük vermək əzminə malikdir.
R.Məcid Azərbaycan və Türkiyə dövlətləri arasındakı dostluq və qardaşlıq münasibətlərinin ölkələrin mediasına da ciddi şəkildə sirayət etdiyini vurğulayıb və bundan məmnunluğunu dilə gətirib. Şura sədri MŞ-nin həm qardaş ölkənin jurnalist təşkilatları ilə fərdi əlaqələrə, həm də ayrı-ayrı media qurumları ilə Azərbaycanın kütləvi informasiya vasitələrinin təmaslarının gücləndirilməsinə çalışacağını vurğulayıb.
Türkiyənin Azərbaycandakı Səfiri Cahit Bağçı Azərbaycan Mətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinin üzvlərinə təbriklərini çatdırıb. O, Mətbuat Şurasının rəhbərlik etdiyi diplomatik missiya ilə hər zaman sıx əməkdaşlıqda olduğunu xatırladıb. Bu əməkdaşlığın bundan sonra da faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09