Moskvaya dron hücumu: şəhərdə partlayış səsləri
Rusiyanın paytaxtı Moskvaya dron hücumu olub.
“turaninsesi.az” xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin özünün “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə qüvvələri paytaxtı üzərində pilotsuz uçuş aparatının hücumunu dəf edib.
Rusiya mediasının məlumatına görə, Moskvaya uçan bəzi aviareyslərin istiqaməti dəyişdirilib. Şəhərin mərkəzində və Reutov, Skolkovo, Odintsovo, Konkovo, Kuzminki, Çertanovo rayonlarında partlayış səsləri eşidilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI