ABŞ Qəzza ilə bağlı qətnaməyə veto qoydu
ABŞ son iki ildə altıncı dəfə BMT Təhlükəsizlik Şurasının Qəzza zolağı ilə bağlı qətnaməsinə veto qoyub.
“turaninsesi.az” TASS-a istinadən xəbər verir ki , Vaşinqton növbəti dəfə sənədin əleyhinə səs verən yeganə üzvü olub.
Təhlükəsizlik Şurasının bütün digər üzvləri, o cümlədən daimi üzvlər Rusiya, Çin, Böyük Britaniya və Fransa qətnamənin lehinə səs veriblər.
Qətnamə Qəzzada dərhal, qeyd-şərtsiz və daimi atəşkəsi, eləcə də İsrailin Qəzzaya humanitar yardımın çatdırılmasına qoyduğu bütün məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tuturdu.
⤵️
Arzu Paşaqızı