Rusiyada sunami təhlükəsi elan edildi
Rusiyanın Kamçatka vilayətinin sahillərində 7.7 bal gücündə zəlzələ qeydə alınıb.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatsk şəhərindən 125 km şimal-şərqdə, ocağı isə 40 km dərinlikdə yerləşib.
Kamçatka vilayətinin qubernatoru Vladimir Solodov zəlzələ səbəbindən sunami təhlükəsi elan edib.
⤵️
Arzu Paşaqızı