Çempionlar Liqası: “Qarabağ” səfərdə “Benfika”nı məğlub etdi – TARİXİ QƏLƏBƏ

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda səfərdə “Benfika” (Portuqaliya) ilə qarşılaşıb.
“turaninsesi.az” xəbər verir ki, “Eştadiu da Luş” stadionunda keçirilən matç Ağdam klubunun tarixi qələbəsi ilə yekunlaşıb – 3:2.
Oyunda meydan sahibləri ilk iki qolu vurublar. 6-cı dəqiqədə Entso Barrenеçеа, 10 dəqiqə sonra isə Vanqelis Pavlidis fərqlənib.
“Qarabağ” matçda möhtəşəm geri dönüş yarada bilib. İlk yarım saatın tamamında Leandro Andrade hesab arasındakı fərqi minimuma endiribsə, 48-ci dəqiqədə Kamilo Duran tablodakı rəqəmləri eyniləşdirib. “Qarabağ”ın qələbə qoluna isə Aleksey Kaşuk imza atıb. O, 86-cı dəqiqədə fərqlənib.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi klub II turda, oktyabrın 1-də Bakıda Danimarka “Kopenhagen”ini qəbul edəcək.