“Ukraynanın torpaqlarını Putinə verməyəcəyik”

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Rusiya ilə müharibəni dayandırmaq üçün ərazi güzəştlərinə getməyəcəyini bəyan edib.
“turaninsesi.az” xəbər verir ki, o bildirib ki, belə addım yalnız müvəqqəti fasilə yaradacaq və sonradan yeni hücumlarla nəticələnəcək.
Zelenski bu fikirləri Viktor Pinçukun təşəbbüsü ilə keçirilən illik “Yalta Avropa Strategiyası” (YES) konfransında səsləndirib.
“Putinə Ukraynanın hansısa torpağını verib müharibəni dayandırmaq – belə olmayacaq. Bu, həll deyil, sadəcə fasilədir. Necə ki, 2008-ci ildə Gürcüstan, 2014-cü ildə Krım və Donbasdan sonra oldu”, – deyə Zelenski vurğulayıb.
Prezident qeyd edib ki, məqsəd yalnız müvəqqəti atəşkəs deyil, müharibənin tam və zəmanətli şəkildə başa çatması, Ukraynanın təhlükəsizliyinin təmin edilməsi və Rusiyanın törətdiklərinə görə cavab verməsidir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI