Ərdoğan Putinə: Qafqazda sabitlik ümumi maraqlara cavab verir

Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasında danışıqlarda davamlı sülhə nail olunacam.

turaninsesi.az” Anadolu-ya istinadla xəbər verir ki, bunu Rəcəb Tayyib Ərdoğan rusiyalı vəzifədaşı Vladimir Putinlə görüşündə deyib.

Türkiyə prezidenti Qafqazda sabitliyin Türkiyə və Rusiyanın maraqlarına uyğun olduğunu vurğulayıb. 

O əlavə edib ki, Türkiyə Ukraynada ədalətli və davamlı sülh üçün səylərini davam etdirir və İstanbulda aparılan danışıqlar bu prosesə töhfə verir.

İki ölkə liderləri Türkiyə ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətləri, regional və qlobal gündəmdəki aktual məsələləri müzakirə ediblər.

Ərdoğan görüşdə Türkiyə ilə Rusiya arasında münasibətlərin qarşılıqlı hörmət və ortaq maraqlar əsasında inkişaf etməkdə davam etdiyini, ticarət, turizm, investisiya və enerji kimi sahələrdə keçmişdə formalaşmış əməkdaşlıq ruhunun qorunub saxlanıldığını bildirib.